EN

Axtarışda olan 84 nəfər saxlanılıb

Oktyabrın 23-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

News365.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev feysbuk hesabında paylaşıb.

Axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
Chosen
5
49
news365.az

10Sources