EN

Azərbaycanda ilk: Özəl bağçalarda təhsil haqqının 250 manatını dövlət ödəyəcək

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nin birinci mərhələsi yekunlaşıb.

Publika.az xəbər verir ki, müsabiqədə növbəti mərhələyə buraxılan bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı müəyyənləşdirilib.

Nəticədə sözügedən bağçalarda uşaqlarını qeydiyyatı başlayıb. Özəl bağçalara yerləşdirilmiş uşaqların valideynləri tələb edilən sənədləri bağçaya təqdim etməli və iki tərəf arasında təhsil haqqının ödənilməsi barədə müqavilə bağlanmalıdır.

Seçilmiş özəl bağçalara uşaqların qeydiyyatı www.bq.edu.az portalında 24 oktyabr saat 11:00-dan etibarən başlayacaq 1 noyabr saat 17:00-dək davam edəcək.

Chosen
5
9
publika.az

10Sources