EN

Çin yadplanetliləri axtaracaq

Çin 2050-ci ilə qədər milli kosmik tədqiqat proqramını təqdim edib.

Musavat.com xəbər verir ki, bu proqram, Elmlər Akademiyası, Milli Kosmik Administrasiya və İnsanlı Kosmos İdarəsi ilə birgə hazırlanıb və bir sıra əsas elmi məqsədləri əhatə edir. Proqramın əsas istiqamətlərindən biri də kainatın mənşəyinin tədqiqi və yaşayış üçün yararlı planetlərin araşdırılmasıdır.

Elmlər Akademiyasının vitse-prezidenti Din Çibiaonun sözlərinə görə, proqramın məqsədlərindən biri də yadplanetli həyatı axtarmaqdır. Çin bu tədqiqatlar vasitəsilə yeni elmi kəşflər etməyi və kainatdakı həyatın mümkünlüyünü öyrənməyi planlaşdırır.

Proqram çərçivəsində kosmosun geniş miqyasda tədqiqi, həmçinin texnologiya və kosmik missiyalar üçün yeni imkanlar yaradılması nəzərdə tutulur. 

 

Musavat.com

Chosen
43
musavat.com

1Sources