EN

Azərbaycan XİN Türkiyədəki terror aktını pislədi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin paytaxtında TUSAŞ aerokosmik şirkətində törədilmiş terror aktını pisləyib.

Bakupost.az xəbər verir ki, bununla bağlı XİN-nin rəsmi “X” hesabında paylaşım edilib.

“Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktını qətiyyətlə pisləyirik.

Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!” - paylaşımda qeyd edilib.
Chosen
4
22
bakupost.az

10Sources