EN

COP29 ərəfəsində Avropa Parlamentindən Azərbaycana yönəlmiş növbəti hibrid təhdid

Bakı. Trend:

22 oktyabr tarixində Avropa Parlamentində Azərbaycana qarşınövbəti müzakirələr keçirilmişdir. “Azərbaycandakı vəziyyət, insanhaqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanlamünasibətlər” mövzusunda təşkil edilmiş bu tədbir şübhəsiz ki,təsadüfü xarakter daşımır və Bakıda keçiriləcək BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının(COP) 29-cu sessiyası ilə birbaşa bağlıdır.

Məlumdur ki, 1994-cü ildən dünyanın müxtəlif ölkələrində hər iltəşkil edilən COP sessiyaları ətraf mühitin çirklənməsininqarşısının alınması istiqamətində müzakirələrə həsr edilir.Azərbaycanın da belə bir mötəbər tədbirin 29-cu sessiyasına bu ilev sahibliyi etməsi dünya ictimaiyyəti tərəfindən ölkəmizəgöstərilən etimadın bariz nümunəsidir. “Yaşıl dünya naminə həmrəyolaq!" şüarı altında keçiriləcək COP29 çərçivəsində Azərbaycanınbeynəlxalq səviyyədə rolu güclənməklə yanaşı ölkəmizin davamlıiqlim təcrübələrinə etdiyi öhdəliyi də qlobal iqlim gündəlikdədiqqətə çatdırılacaqdır.

Bu baxımdan Avropa Parlamentində dünən təşkil edilmişmüzakirələr Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzuna mənfitəsir göstərmək və ölkəmizə qarşı növbəti dəfə təzyiq nümayişetdirmək kimi qiymətləndirilməlidir. Ötən illər ərzində AvropaParlamentində keçirilən bu tipli müzakirələr və eləcə də bu təsisattərəfindən qəbul edilmiş çoxsaylı qətnamələr Azərbaycana qarşıqərəzli mahiyyəti ilə seçilmiş və adətən onlarda əks edilənməsələlər post-həqiqət elementlərini özündə ehtiva edərək, obyektivfaktların subyektiv emosiyalarla əvəzlənməsi ilə müşayiətolunmuşdur.

İlk növbədə Azərbaycana qarşı belə bir yanlış münasibətinşərgilənməsi erməni diasporunun və dünyanın müxtəlif ölkələrindəfəaliyyət göstərən erməni lobbi təşkilatlarının uzun illər ərzindəapardığı məqsədyönlü fəaliyyəti ilə əlaqələndirilməlidir. Əfsuslarolsun ki, bu qüvvələr və onların havadarları Ermənistan-Azərbaycanqarşıdurmasındakı real faktları təhrif edərək, müəyyən mənadaalternativ bir reallıq gündəmə gətırməyə daim çalışmışlar. 2020-ciildə baş vermiş Vətən müharibəsindən və 2023-cü ilin sentyabrındahəyata keçirilmiş anti-terror əməliyyatından sonra da onlar bəzireal faktları təhrif edərək, subyektiv emosiyalar əsasındanarrativlər yaratmağa qismən də nail olmuşlar. Məsələn, belənarrativlər arasında 2023-cü ilin sentyabrında anti-terrorəməliyyatından sonra Qarabağ bölgəsində yaşayan ermənilərinAzərbaycan dövlətinin vətəndaşı olmaqdan boyun qaçıraraq, könüllüşəkildə bu ərazini tərk etməsi faktını qondarma “etnik təmizləmə”kimi qələmə verilməsini və ya Azərbaycanın vaxtilə ərazisinin beşdəbir hissəsini işğal etməklə bir milyona yaxın azərbaycanlınınməcburi şəkildə öz evlərindən qovulmasında, bu günə qədər 4000-əyaxın insanın hələ də itkin düşməsində, öldürülməsində, onlaraqarşı Xocalı qətliyamının törədilməsində təqsirləndirilən müharibəcinayətkarlarının hərbi əsir kimi qaytarılmasını göstərmərolar.

Digər tərəfdən, insan hüquqları məsələsi daim Azərbaycana qarşısiyasi məqsədlər üçün bir alət kimi istifadə edilir. Bu baxımdanXarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan HacızadəninAzərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görəcinayət məsuliyyətinə cəlb edilməsi, yaxud özlərini jurnalist və yainsan haqları müdafiəçisi kimi təqdim edən şəxslərlə bağlı cinayətişlərinin siyasi motivli olması iddiasının kökündən yanlış olmasıfikri[1] ilə razılaşmamaq qeyri-mümkündür.

Beləliklə, Avropa Parlamentindəki keçirilmiş müzakirələrdə həmAvropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrəAli nümayəndəsi Cozef Borrelin İş yerləri və sosial hüquqlar üzrəAvropa komissarı Nikolas Şmit tərəfindən təqdim etdiyi bəyanatı[2],həm də müzakirələrdə qaldırılan bur sıra məsələlər qərəzli xarakterdaşımaqla yanaşı, reallığı tam əks etdirmir və Azərbaycanın daxiliişlərinə müdaxilə kimi qiymətləndirilməlidir.

Gülşən Paşayeva

Azərbaycan Respublikasının Milli Məclisinindeputatı

Chosen
17
5
az.trend.az

6Sources