EN

Rusiyada hava limanı bağlandı

Yekaterinburqun Koltsovo hava limanında sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb.

Yenisabah.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

“Aeroportumuzda təyyarələrin qəbulu və yola salınması ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Buna səbəb dövlət aviasiyası təyyarəsinin uçuş-enmə zolağından çıxmasıdır”, - deyə Koltsovonun mətbuat xidməti məlumat yayıb.

Hazırda ikinci uçuş-enmə zolağı istifadəyə verilib, gələn bir sıra reyslər əlavə və alternativ aerodromlara yönəldilib.


Telegram kanalımız
Chosen
10
4
yenisabah.az

5Sources