EN

“Cüzdan” lisenziya alıb

Azərbaycan Mərkəzi Bankı (AMB) “Güzdan” şirkətinə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

Bu barədə AMB-nin internet səhifəsində bildirilir.

Məlumatda deyilir ki, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.

AMB bundan əvvəl “A-Solutions", "United Payment", "Modenis", "PashaPay", “Mobile Payment Solutions”, "Paysis”, "PulPal", "K Group", “Greentek Group”, "GoldenPay", “Mpay” və “Payriff” şirkətlərinə elektron pul təşkilatı, “Token Azərbaycan”, “Global Innovations”, “Drakaris”, “Multi Solutions”, “M.A.X Sistemləri Plyus”, “Cibpay”, “Fizza Pay” və “Kabox” şirkətlərinə ödəniş təşkilatı, “Azərikard” prossesinq mərkəzinə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 22-yə çatıb.

Chosen
4
19
turan.az

10Sources