EN

Sabah hava necə olacaq?

Oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 9-11°, gündüz 15-19° isti olacaq .

 

Atmosfer təzyiqi 775 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-9°, gündüz 14-19° isti, dağlarda gecə 0-4° şaxta, yüksək dağlıq ərazilərdə 4-7° şaxta, gündüz 1-6° isti olacaq.

Chosen
8
49
senzor.az

10Sources