EN

Çempionlar Liqasının final oyunu Bakıda keçirilə bilər

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının 2026/27 mövsümünün final matçına ev sahibliyi edə bilər.

Msport.az xəbər verir ki, AFFA ölkənin ən böyük arenasının namizədliyi ilə bağlı UEFA-ya müraciət edib.

2027-ci ildə keçiriləcək həlledici matçı qəbul etməyə iki stadion iddia edir. Bakı Olimpiya Stadionunun yeganə rəqibi Madriddəki “Estadio Metropolitano”dur.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi finalın ev sahibini 2025-ci ilin mayında seçəcək.

Chosen
15
4
msport.az

5Sources