EN

Sautqeyt Premyer Liqa klubunu çalışdıra bilər

İngiltərə millisinin sabiq çalışdırıcısı Qaret Sautqeyt “Kristal Pelas”ı çalışdıra bilər.

90deqiqe.Az “The Guardian”a istinadən xəbər verir ki, "qartallar" komandanın hazırkı baş məşqçisi Oliver Qlasnerlə ayrılacağı təqdirdə, 54 yaşlı mütəxəssislə danışıqlara başlayacaq.

“Kristal Pelas” Sautqeytlə razılaşa bilməsə Qrem Potter və Devid Moyesi nəzərdən keçirəcək.

Sautqeyt yayda İngiltərə millisindən ayrılıb.

 London komandası mövsümə zəif başlayıb və səkkiz turdan sonra qələbə qazana bilməyib (üç heç-heçə, beş məğlubiyyət). Nəticədə “qartallar” İngiltərə Premyer Liqasının turnir cədvəlində 3 xalla 18-ci yeri tutur.

Chosen
30
90deqiqe.az

1Sources