EN

Bakının Həsən bəy Zərdabi küçəsi təmir olundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində aparılan təmir işlərini yekunlaşdırıb.

 

Sfera.az bu barədə AAYDA-ya istinadən xəbər verir.

 

Məlumata görə, təmir işləri küçənin "20 Yanvar" dairəsindən "Qələbə dairəsi" istiqamətində icra olunub:

 

"Aparılan işlər çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, "İnşaat Norma və Qaydaları"na əsasən, küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb".

 

Bildirilib ki, sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

 

 

Chosen
4
17
sfera.az

10Sources