EN

Xankəndidə yaşayan erməni qadın ÖLDÜ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

Titul.az xəbər verir ki, Azərbaycan Respublikasının Xankəndi şəhər sakini, erməni əsilli 1954-cü il təvəllüdlü Aqasyan Vera Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib. 

Ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertiza təyin olunub. Keçirilən məhkəmə-tibbi ekspertizanın ilkin məlumatlarına görə, 70 yaşlı qadının ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub.

Aqasyan Vera Varaşakovna Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsində olmuş, eyni zamanda ona lazımi sosial müdafiə dəstəyi göstərilmişdir.

Chosen
11
49
titul.az

10Sources