AZ

Xankəndidə erməniəsilli vətəndaş öldü

Xankəndidə erməniəsilli vətəndaş öldü

Oktyabrın 20-də saat 9-10 radələrində Azərbaycanın Xankəndi şəhər sakini, erməniəsilli 1954-cü il təvəllüdlü Aqasyan Vera Varaşakovna yaşadığı ünvanda vəfat edib. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb."Ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertiza təyin olunub. Keçirilən məhkəmə-tibbi ekspertizanın ilkin məlumatlarına görə, 70 yaşlı qadının ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub.Aqasyan Vera Varaşakovna Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsində olmuş, eyni zamanda ona lazımi sosial müdafiə dəstəyi göstərilib”, - rəsmi məlumatda vurğulanıb.

Seçilən
2
49
afn.az

10Mənbələr