Neft dövlətini COP29 üçün uyğun olmayan ev sahibi adlandırmaq ikiüzlülərin oyunudur. Azərbaycan BMT-nin iqlim konfransına ev sahibliyi edəcək sayca 28-ci neft və qaz istehsal edən dövlət olacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məktubunda deyilir.Onun sözlərinə görə, bu siyahıdan çıxan yeganə ölkə İsveçrə olub. Üstəlik, dünyada hər bir dövlət istisnasız olaraq qalıq yanacaq istehlakçısıdır.