EN

Qalatasaray – Elfsborq: Bu gün 18:30-da CANLI YAYIMDA – VİDEO

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda “Qalatasaray” klubu “Elfsborq”u qəbul edəcək.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, İstanbul şəhərində yerləşən “Rams Park” stadionunda keçiriləcək görüşü sloveniyalı hakimlər briqadası idarə edəcək.

“Qalatasaray” bu görüşə itkilərlə çıxacaq. Belə ki, Fernando Muslera cəzalı olduğundan (qırmızı vərəqə), Hakim Ziyeş, Sallayi və Yakobs zədə üzündən görüşü buraxacaqlar. Qonaqlarda isə itkilər yoxdur.

Qeyd edək ki, rəqiblər indiyədək heç bir rəsmi görüşdə üz-üzə gəlməyiblər.

Yayımı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Chosen
18
4
medianews.az

5Sources