Bakı. Trend:
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşlarıTürkiyədə 604 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilineyni dövrü ilə müqayisədə 38 obyekt azdər.
Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və DaşınmazƏmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin sentyabr ayında Azərbaycan vətəndaşlarıTürkiyədə 87 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin sentyabrayı ilə müqayisədə 11 obyekt azdır.
Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Türkiyədə 140 min 919mənzil satın alınıb ki, bu da 2023-cü ilin sentyabr ayı iləmüqayisədə 37,3 faiz çoxdur.
Məlumata görə, 2024-cü ilin yanvar – sentyabr aylarındaTürkiyədə 947 min 236 mənzil satın alınıb ki, bu da 2023-cü ilineyni dövrü ilə müqayisədə 5,2 faiz çoxdur.
2024-cü ilin sentyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min22 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 31faiz azdır.
Bu ilin yanvar – sentyabr aylarında əcnəbi vətəndaşlarTürkiyədən 17 min 90 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrüilə müqayisədə 39,1 faiz azdır.