EN

MİT PKK üzvünü həbs etdi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və polisin birgə əməliyyatı ilə terror təşkilatı PKK/KCK-nın Rusiya strukturunda fəaliyyət göstərən terrorçu Barı İusubov ələ keçirilib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İusubovun Rusiya, Qazaxıstan və Ermənistanda terror təşkilatı PKK/KCK adından təbliğat işlərində iştirak etdiyi, həmçinin təşkilatın İraqdakı Mahmur düşərgəsində olduğu müəyyən edilib. 

2020-ci ildən MİT-in nəzarətində olan Barı İusubov Türkiyədə MİT və polisin birgə əməliyyatı nəticəsində yaxalanıb.

İusubovun qurumun yüksək rütbəli üzvləri ilə sıx əlaqədə olduğu və aksiyalarda iştirak etdiyi müəyyən edilib.

İusubov həbsxanaya göndərilib.

Chosen
10
9
ucnoqta.az

7Sources