EN

"Sabah"ın U-19 komandası "Bazel"ə qarşı

Gənclər Liqasındakı təmsilçimiz “Sabah” bu gün Çempionlar yolunun 2-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, “Sabah”ın U-19 komandası İsveçrədə yerli “Bazel” kollektivinin qonağı olacaq. St. Yakob-Park stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Bu komandalar arasında cavab matçı noyabrın 6-da Bakıda keçiriləcək.

23 oktyabr
Bazel (İsveçrə) – Sabah

Baş hakim: Patrik Kolariç (Xorvatiya)
St. Yakob-Park stadionu. Saat 21.00

Chosen
31
3
football-plus.az

8Sources