Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gecədə Ukraynaya məxsus 14 ədəd PUA-nı məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
PUA-lardan 4-ü Rostov vilayəti ərazisi üzərində, 10-u Krım səmasında məhv edilib.
Qeyd olunur ki, Qara dəniz donanmasının Qara dənizdəki hərbi-dəniz aviasiyasının ekipajları Krım yarımadasına gedən Ukraynaya məxsus 4 ədəd pilotsuz kateri də məhv edib.