EN

Sahibkarlığın İnkişafı Fondu verdiyi güzəştli kreditlərin məbləğini açıqlayıb

Bakı. Trend:

Son 2 il ərzində Azərbaycan İqtisadiyyat Nazirliyi yanındaSahibkarlığın İnkişafı Fondu 3,2 milyard manatdan çox güzəştlikredit verib.

Trend xəbər verir ki, bunuAzərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafıFondunun İdarə Heyətinin sədri Osman Xaliyev Bakıda keçirilən“Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsredilmiş Mikromaliyyə konfransında bildirib.

"2022-ci ildən bu günə qədər Sahibkarlığın İnkişafı Fondu 50mindən çox müraciət əsasında 3,2 milyard manatdan çox güzəştlikredit verib. Hazırda fond 40 müvəkkil kredit təşkilatı iləəməkdaşlıq edir. Gələcək illərdə daha çox subyektə güzəştlikreditlərin daha səmərəli və sürətli şəkildə verilməsi, eləcə dəmikromaliyyə təşkilatları da daxil olmaqla, daha çox səlahiyyətlikredit təşkilatları ilə əməkdaşlığın dərinləşdirilməsiplanlaşdırılır. Bu istiqamətdə Fond bir sıra təkmilləşdirmələrhəyata keçirib. 2021-ci ildən etibarən tələb olunan sənədlərin sayıminimuma endirilib. Həmçinin Fond 200 min manata qədər kreditlərüçün biznes plan təqdim etmə tələbinin ləğv olunduğunu elan edib",- O.Xalıyev qeyd edib.

Chosen
14
az.trend.az

1Sources