EN

Dünya çempionatı: Millimizin iki medal şansı

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialın üçüncü günündə yunan-Roma güləşçiləri daha 5 çəkidə mükafatçıları müəyyənləşdirəcəklər.

Azərbaycan millisinin 2 idmançısı medal üçün mübarizə aparacaq.

U-23 dünya çempionatı
Yunan-Roma güləşi

55 kq
Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Rəşad Məmmədov final qarşılaşmasına çıxacaq. Onun rəqibi iranlı Ahmad Vafa olacaq.

77 kq
Bürünc şansını qoruyan Xasay Həsənli təsəlliverici görüşdə mübarizə aparacaq. Onun rəqibi belçikalı İbrahim Tabayav olacaq.

Qeyd edək ki, dünya çempionatının ilk iki günündə xalçaya çıxan güləşçilərimiz bir medal qazanıb. Yeganə uğura imza atan Nihat Quluzadə 60 kq çəkidə bürünc əldə edib.

İdman.biz

Chosen
21
3
idman.biz

4Sources