EN

9 turdan sonra 111 qol buraxan komanda var imiş!

Sizcə, bir çempionatda 9-cu turdan sonra bir komandanın top fərqi ən pis neçə ola bilər? Bu suala cavab tapmaq istəyirsizsə, Monqolustan çempionatını yaxından izləyin.

Orda 9 tur arxada qalıb və sonuncu pillədən möhkəm yapışaraq bütün oyunlarda məğlub olan ''Tuv Azarqanuud''un top fərqi 2:111-di! Bu, futbol tarixində milli çempionatlardakı ən uğursuz başlangıcdı.

Maraqlıdı ki, bu komanda ötən mövsüm heç də pis təsir bağışlamamış və 10 komandalı çempionatı 5-ci pillədə tamamlamışdı. Amma ''Tuv Azarqanuud'' bu yay çox ciddi böhranla üzləşdi və oyunçularını itirdi. Komanda indi hər tur meydana çıxmaq üçün 11 futbolçunu güc-bəla ilə tapır. Ona görə də bu kollektivin oyunlarında 1:20, 0:21, 0:14 kimi əcaib nəticələr qeydə alınır. Bəzən ehtiyatda maksimum 3-4 futbolçu oturur ki, onlar da çox vaxt 18 yaşı tamam olmayan yeniyetmələr olur.

Maraqlıdı ki, komandanın bu mövsüm ən uğurlu nəticəsi 0:4-dü. 3-cü turda bu kollektiv meydana tələb olunan sayda futbolçu ilə çıxa bilmədiyi üçün məhz bu hesabla texniki məğlubiyyət almışdı. Ən inanılmaz fakt odu ki, ''Tuv Azarqanuud''un heyətində hətta Meksikadan olan legionerlər də var. Komandanın bu mövsüm hər iki qolunu da elə onlar vurub.

ƏLİ

Chosen
25
football-plus.az

1Sources