EN

Gənc oğlan kafedə bıçaqlanıb - YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-nın sorğusuna cavab olaraq bildirib ki, oktyabrın 22-də saat 23 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakinləri 2000-ci il təvəllüdlü N.Kazımova və 2001-ci il təvəllüdlü N.Sadıqova kəsici alətlə xəsarətlər yetirilməsi və xəstəxanaya yerləşdirilmələri barədə polisə məlumat daxil olub.

Hadisə ilə bağlı araşdırma başlanılıb. Əməli törətməkdə şübhəli bilinən şəxsin və ya şəxslərin saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***

07:25

Bakının Qaradağ rayonunda kafedə dava düşüb.

APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Kazımov Nihat Rəşad oğlu iaşə obyektində dava zamanı boyun nahiyyəsindən bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.

Chosen
15
14
apa.az

10Sources