Məşhur futbolçu Kriştiano Ronaldonun da formasını geyindiyi “Əl-Nəsr” Asiya Çempionlar Liqasının ümumi mərhələsində 3-cü tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda səfərdə Tehranın “İstiqlal” klubu ilə qarşılaşıb. "Əl-Nəsr" "İstiqlal"ı 1:0 hesabı ilə məğlub edib.
Yeganə qolu 81-ci dəqiqədə müdafiəçi Emerik Lapor vurub.
Ronaldo da bu matçda iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Bu qələbədən sonra "Əl-Nəsr" xallarının sayını 7-yə çatdırıb və ümumi cədvəldə 4-cü pillədə qərarlaşıb. “İstiqlal” isə 3 xalla 6-cıdır.