EN

Sülh sazişi Cənubi Qafqaza sabitlik gətirəcək - BAYDEN

ABŞ Prezidenti Co Bayden Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərib.

Modern.az xəbər verir ki, məktub Paşinyana ABŞ prezidentinin xüsusi köməkçisi Maykl Karpenter və Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlarla bağlı müşaviri Lui Bononun İrəvana səfəri zamanı verilib.

“Mən sizin ölkəniz və Azərbaycan arasında sülh sazişi bağlamağa doğru davamlı irəliləyiş əldə etdiyinizi görməkdən məmnunam. Bu saziş iki ölkəniz arasındakı münasibətləri normallaşdıracaq", - o qeyd edib.

Bayden ABŞ-ın uzunmüddətli və ləyaqətli bir sülh sazişini dəstəkləməyə hazır olduğunu vurğulayıb və əsrlər boyu davam edən münaqişəyə son qoyulacağına əminlik ifadə edib:

“Sülh sazişi bütün Cənubi Qafqaz regionuna təhlükəsizlik və sabitlik gətirəcək”. 

ABŞ Prezidenti vurğulayıb ki, indi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və sülhün fundamental prinsiplərinə sadiqliyi təsdiqləmək vaxtıdır.

"Parlaq gələcək artıq yaxınlıqdadır və mən onun qaçırılmaması üçün sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm", - məktubda deyilir.

Chosen
4
2
korrespondent.az

3Sources