İlqar Əkbərlinin vəkili Cavad Cavadov saytımıza açıqlamasında deyib ki, Nərimanov Rayon Məhkəməsinin 8 sutka həbs qərarından verilmiş apellyasiya şikayəti təmin edilib.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən əməldə inzibati xəta tərkibi olmadığından işə xitam verilib.
Ötən gün tutulan İ.Əkbərli bu gün 16:30-da məhkəmə zalında həbsdən azad edilib.
Bizim.Media