EN

Hüseyn Həsənov prorektor təyin olundu

UNEC-də Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə təyinat olub.


Modern.az xəbər verir ki, bu vəzifənin icrası UNEC-in Keyfiyyət Təminatı şöbəsinin müdiri Hüseyn Həsənova həvalə edilib.


Hüseyn Həsənov 1989-cu ildə Bakıda anadan olub.


2007-2010-cu illərdə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetində "Turizm və menecment" ixtisası üzrə bakalavr, 2012-2015-ci illərdə isə eyni ixtisas üzrə magistr təhsili alıb.


2017-2019-cu illərdə Azərbaycan Turizm və Menecment Universitetində dekan müavini və tədris işləri üzrə prorektor vəzifələrində çalışıb.


2018-2021-ci illərdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin Təhsil və təlim sektorunun müdiri vəzifəsini icra edib.


2017-ci ildən indiyədək Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə ikili diplom proqramı çərçivəsində ATMU-da Azərbaycan Avstriya Turizm Proqramında (AATP) müəllim kimi fəaliyyət göstərir.


Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14.12.2021-ci il tarixli qərarı ilə Hüseyn Həsənova İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.


O, 2021-ci ilin sentyabr ayında UNEC-də "Beynəlxalq iqtisadiyyat (ingilisdilli)" kafedrasının müəllimi, 2022-ci ilin fevral ayından isə Keyfiyyət Təminatı şöbəsinin müdiri vəzifəsinə təyin olunub.


18 oktyabr 2024-cü ildən Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsini icra edir.


Qeyd edək ki, dünən UNEC-in "Mühəndislik və tətbiqi elmlər" kafedrasının müdiri, professor Rövnəq Rzayev UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru təyin olunub.



Chosen
4
10
qaynarinfo.az

10Sources