EN

Çin dövlət başçısı Rusiyada

Çin Xalq Respublikasının sədri Si Cinpin Kazan şəhərində keçiriləcək BRİCS sammitində iştirak etmək üçün Rusiyaya yola düşüb.

Fins.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutan səfər oktyabrın 24-dək davam edəcək. Çin Sədrinin sammit çərçivəsində bəzi liderlərlə görüşü də nəzərdə tutulur.

Qeyd edək ki, 2009-cu ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılan BRİCS 2011-ci ildə Cənubi Afrikanı da öz sıralarına daxil edib. 2023-cü ilin dekabrında Misir, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və İranı əhatə edən son genişlənmə ilə BRİCS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4 çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, dünyanın 2-ci böyük iqtisadiyyatı olan Çinin BRİCS-də xüsusi yeri var.

Chosen
2
6
fins.az

7Sources