EN

BRICS ölkələri Ukrayna ilə bağlı RAZILAŞDILAR

BRICS-ə üzv ölkələr Kazan sammitinin yekun bəyannaməsinə daxil ediləcək Ukrayna ilə bağlı redaksiyanın hazırlanmasında razılığa gəliblər.

Publika.az xəbər verir ki, bu barədə "Birinci Kanal"da Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib .

“Oradakı ifadə artıq razılaşdırılıb; Bəyannaməyə daxil edilməsi üçün razılaşdırılan vahid mövqe, ümumi yanaşma”, - Uşakov deyib.

Baş naziri Narendra Modi BRICS sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib ki, Hindistan Ukraynadakı münaqişənin tezliklə sülh yolu ilə həllinin tərəfdarıdır və hərbi əməliyyatların dayandırılması üçün istənilən yardımı göstərməyə hazırdır.

Chosen
31
14
publika.az

10Sources