EN

"Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir"

Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri, keçmiş milli müdafiə naziri Hulusi Akar "Haber7"yə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə təkcə özünün yox, həm də dost və qardaş ölkələrin maraqlarını müdafiə edir: "Müdafiə sənayesi məhsullarımız həm də bunun üçündür".

H.Akar söyləyib ki, indi Türkiyə ordusu hər zamankından daha güclü olmalıdır: "Bəzən güc tətbiqinə də ehtiyac olur. Əgər diplomatiya dərmandırsa, hərbi güc cərrahi müdaxilədir".

Milli.Az

Chosen
26
12
milli.az

10Sources