EN

COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılır.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, bu müddət 1 yanvar 2025-ci ilə kimi uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət 2024-cü il oktyabrın 1-dək nəzərdə tutulmuşdu.

Chosen
4
27
azpolitika.info

10Sources