EN

Qriqoryan: “İrəvanla Bakı arasında bütün məsələlər...”

Sərhəd təhlükəsizliyi komissiyalarının əsasnaməsində qeyd olunub ki, İrəvanla Bakı arasında bütün məsələlər konsensus çərçivəsində həll edilməlidir.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Milli Məclisində sərhəd təhlükəsizliyi komissiyalarının reqlamentinin ratifikasiyası məsələsinin müzakirəsi zamanı Baş nazirin müavini Mher Qriqoryan belə deyib.

Onun sözlərinə görə, bu reqlamentlərin məzmununun mühüm tərkib hissələrindən biri də bütün məsələlərin komissiya daxilində konsensus yolu ilə həll olunmasıdır. “Bizim yaxud, Azərbaycan tərəfini narahat edəcək və bu çərçivədə hər hansı tələblər irəli sürüləcək vəziyyət yaranmayacaq”, - deyə Qriqoryan bildirib.

Onun sözlərinə görə, konsensus müzakirələri zamanı bütün məsələlər aydınlaşdırılmalı və qeydə alınmalıdır. “Bundan sonra tərəflər qərar qəbul etməyə hazır olacaqlar”, - hökumət rəsmisi belə vurğulayıb.

Chosen
19
cebheinfo.az

1Sources