EN

Mərənddə torpaq çökməsi təhlükəli səviyyəyə çatıb

Şərqi Azərbaycan əyalətində torpaq çökməsi ciddi problemə çevrilib və Mərənd bölgəsi bu ekoloji problem üzrə əyalətdə birinci yeri tutur.

Bu sözləri Şərqi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yusif Qafarzadə deyib.

O, hazırda Şərqi Azərbaycanda illik torpaq çökməsinin orta səviyyəsinin 3.5 santimetr olduğu halda bunun

Mərənddə 18.9 santimetr olduğunu söyləyib.

Qafarzadənin sözlərinə görə, Mərənddən sonra torpaq çökməsinə görə İlxıçı 12,2, Şəbistər isə 10,8 santimetr olmaqla ikinci və üçüncü yerləri tuturlar.

Regional Su Şirkətinin başçıs bunun əsas səbəbinin əyalətdə mövcud olan yeraltı su ehtiyatlarının azalması olduğunu deyib.

"Mütəxəssislər xəbərdarlıq edir ki, mövcud vəziyyətin davam etməsi infrastrukturun dağılmasına, kənd təsərrüfatının səviyyəsinin aşağı düşməsinə və hətta zərər çəkmiş ərazilərin sakinlərinin kütləvi miqrasiyasına gətirib çıxara bilər",- Qafarzadə ekoloji problemin təhlükəli həddə çatdığını bildirib.

visiontv.az



Chosen
7
1
visiontv.az

2Sources