EN

Defne Samyeli dünya şöhrətli aktyorla görüşdü

Yaşa meydan oxuyan gözəlliyi və bədən quruluşu ilə hər zaman adından söz etdirən Defne Samyeli sosial media hesabındakı paylaşımları ilə diqqət çəkməyə davam edir.

Tez-tez bədən quruluşu və gözəlliyi ilə adından söz etdirən məşhur aparıcı və müğənni hər zaman maqazin gündəmindən düşmür.

Sherg.az xəbər verir ki, Defne Samyeli bir müddət əvvəl Sedef Qalinin Nyu Yorkdakı sərgisinə qatılıb.
Sərgidə dünyaca məşhur aktyor Cerard Butler ilə qarşılaşan Defne Samyeli bu anları əbədiləşdirib. Onların  pozaları minlərlə bəyənmə və şərh alıb.

Chosen
24
sherg.az

1Sources