EN

Bakıda Sabunçu tunelində batan ikinci şəxsin də meyiti çıxarılıb

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

***

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılarıb. 

Bu barədə FHN-dən məlumat verilib. 

Məlumatda qeyd olunub ki, cəsəd aidiyyəti üzrə təhvil verilib. 

***

Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış ziyansız ötüşməyib.

Hurriyyet.az oxu.az-a istinadən xəbər verir ki, paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində tunelə su dolması nəticəsində iki nəfər suda boğularaq ölüb.

Xatırladaq ki, həmin tuneldə "Ford" markalı avtomobil də batıb.

Chosen
6
14
hurriyyet.az

10Sources