EN

İraq Baş naziri İŞİD liderinin öldürüldüyünü açıqlayıb

İŞİD-in İraqdakı qanadının lideri xüsusi əməliyyat zamanı öldürülüb.

APA-nın “Reuters“ə istinadən xəbərinə görə, bunu İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani açıqlayıb.

Xüsusi əməliyyat şimaldakı Həmrin dağ silsiləsinin yerləşdiyi ərazidə keçirilib.

Hökumət başçısı əlavə edib ki, həmin şəxslə yanaşı, bu terror təşkilatının 8 üzvü də zərərsizləşdirilib.

Chosen
7
11
azpolitika.info

10Sources