EN

Ukraynadan BMT-nin baş katibinə qarşı ittiham

Hurriyyet.az xəbər verir ki, Ukraynanın Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterrişi təşkilatı nüfuzdan salmaqda ittiham edib.

Ukrayna XİN BMT-nin baş katibinin İsveçrədə keçirilən Birinci Qlobal Sülh Sammitinə dəvət təklifini rədd eləməsindən məyus olduğunu bildirib.

Bunun əvəzinə, Quterriş RF Prezidenti Vladimir Putinin dəvəti ilə Kazanda keçirilən BRİKS sammitində iştirak etməyi üstün tutub. Bəlli olduğu kimi, Ukrayna Rusiyanı hərbi cinayətlərdə ittiham edir.

Ukrayna XİN Quterrişin addımını "yanlış seçim" adlandırıb, bunun sülhə xidmət eləmədiyini və BMT-nin nüfuzuna xələl gətirdiyini bildirib.

Hürr Tərcüman

Chosen
14
29
hurriyyet.az

10Sources