EN

BRİKS SAMMİTİ BAŞLAYIR – 22 dövlət başçısı Rusiyaya gedir...

Oktyabrın 22-də Kazanda Qərb ölkələri olmayan dünyanın doqquz böyük ölkəsinin daxil olduğu dövlətlərarası assosiasiya olan BRİKS-in sammiti açılır. Bu il Rusiya təşkilatın 20 illik tarixində dördüncü dəfə BRIKS-ə sədrlik edir.

BRİKS adı təşkilatın ilk beş üzvü olan ölkələrin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) adlarının ingilis dilində qısaltmasıdır. Təşkilat ilk növbədə iqtisadi əməkdaşlığı gücləndirmək üçün yaradılıb, lakin indi onun haqqında getdikcə daha çox “geosiyasi blok” kimi danışılır. Eyni zamanda, assosiasiya hələ də əsasən qeyri-rəsmidir. Onun nizamnaməsi, ümumi büdcəsi, katibliyi və ya hər hansı dövlətlərüstü strukturu yoxdur.

Kremlin mətbuat katibi Dmtiri Peskov Prezident Vladimir Putinin artıq Kazana gəldiyini təsdiqləyib. Rusiyanın dövlət mediası bu hadisəni fəal şəkildə işıqlandırır, kremlyönlü şərhçilər vurğulayırlar ki, bir sıra böyük dövlətin liderlərinin ölkəyə səfəri Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı beynəlxalq təcriddə olmadığından xəbər verir.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bir gün əvvəl deyib kimi, sammitdə 36 ölkədən nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı, həmçinin BMT-nin baş katibi Antonio Quterreş iştirak edəcək. Sammitdə Çin, Hindistan, Cənubi Afrika Respublikası, Misir, Türkiyə, İran liderləri, eləcə də Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasın iştirakı gözlənilir. Kazana gəlməyi planlaşdıran Braziliya Prezidenti Luiz İnasio Lula da Silva səfəri son anda ləğv edib. Braziliya hakimiyyəti 78 yaşlı Prezidentin evdə yıxılaraq başının arxasından xəsarət aldığını bildirib. Onun vəziyyəti xəstəxanaya yerləşdirilməsini tələb etmirdi, lakin həkimləri uzun məsafəli uçuşlara çıxmamağı tövsiyə edib.

Hazırda BRİKS-də ilk beşlikdən başqa Misir, İran, BƏƏ və Efiopiya var. Bir sıra ölkələr, o cümlədən Belarus, Azərbaycan və Malayziya, qeyri-rəsmi məlumatlara görə, Türkiyə də təşkilata qoşulmaq üçün müraciət edib. Onların rəhbərləri də Kazana gələcəklər. Eyni zamanda, əvvəllər BRİKS-ə qoşulmağa hazır olduqlarını bəyan etmiş bir sıra ölkələr indi bu cür planlardan əl çəkiblər. Onların arasında Argentina və Səudiyyə Ərəbistanı da var. Qazaxıstan da hələlik təşkilata qoşulmaq niyyətində olmadığını, lakin onun Prezidenti Kasım-Jomart Tokayevin Kazana gələcəyini bildirib. Serbiya Prezidenti Aleksandar Vucic isə səfərdən imtina edib.

Sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçiriləcək. Onların bəzilərində Ukraynadakı müharibə də müzakirə olunacaq. BRİKS-ə üzv ölkələrin əksəriyyəti Rusiyaya qarşı sanksiyalara qoşulmur, neytral mövqe tutur. Bir gün əvvəl Vladimir Putin artıq Moskvada BƏƏ Prezidenti ilə görüşüb. Oktyabrın 24-də onun BMT-nin baş katibi Antonio Quterreşlə görüşü gözlənilir.

Putindən başqa Çin lideri Si Cinpin də sammitə və ümumilikdə BRİKS fəaliyyətlərinə böyük diqqət yetirir. O, təşkilatı "Qlobal Cənub adlanan bölgədə inkişaf etməkdə olan ölkələrdə lider kimi yerləşdirmək üçün Pekinin daha geniş strategiyasının bir hissəsi kimi" inkişaf etdirməyə çalışır. Putin isə öz növbəsində təşkilatı “qlobal Qərb”ə aydın alternativ kimi təqdim etmək istəyir.

Kazan meriyası vətəndaşlardan BRİKS sammiti zamanı ayıq-sayıq olmağı və şübhəli şəxslər barədə hüquq-mühafizə orqanlarını məlumatlandırmağı xahiş edir. Xüsusilə, Kazan sakinlərindən “PUA-ların saxlanması və ya istifadəsi əlamətləri ilə gündəlik və ya uzun müddətə mənzil kirayələyən şəxslər”, “narkotik və ya alkoqoldan istifadə edən, daimi yaşayış və iş yeri olmayan insanların davranışlarında nəzərəçarpacaq hər hansı dəyişiklik barədə məlumat vermələri xahiş olunur.

“AzPolitika.info”

Chosen
13
azpolitika.info

1Sources