EN

Qasırğa 6 nəfəri öldürüb

Şiddətli yağış və küləklə Kubaya təsir edən “Oskar” tropik fırtınası 6 nəfərin ölümünə səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, Kuba Mülki Müdafiə Baş Qərargahının Əməliyyatlar İdarəsinin rəisi Argenis Perales Peres mətbuata açıqlamasında Quantanamonun San Antonio del Sur şəhərində fırtınanın insan tələfatına səbəb olduğunu bildirib.

Fırtına və leysan yağışlar nəticəsində 6 nəfərin həyatını itirdiyini bildirən Peres axtarış-xilasetmə işlərinin davam etdiyini deyib. Yerli mətbuatın məlumatına görə, fırtına başa çatsa da, ölkənin infrastrukturuna, evlərinə və kənd təsərrüfatı sahələrinə böyük ziyan dəyib.

Qeyd edək ki, Oskar həftə sonu günorta saatlarında Kubaya Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriya səviyyəsində daxil olub, güclü külək və yağışlara səbəb olub.

Chosen
11
1
cebheinfo.az

2Sources