AZ

Kubada "Oskar" tropik qasırğası nəticəsində 6 nəfər ölüb

Kubada "Oskar" tropik qasırğası nəticəsində 6 nəfər ölüb

Şiddətli yağış və küləklə Kubaya təsir edən “Oskar” tropik fırtınası 6 nəfərin ölümünə səbəb olub.AFN.az xəbər verir ki, Kuba Mülki Müdafiə Baş Qərargahının Əməliyyatlar İdarəsinin rəisi Argenis Perales Peres mətbuata açıqlamasında Quantanamonun San Antonio del Sur şəhərində fırtınanın insan tələfatına səbəb olduğunu bildirib.Fırtına və leysan yağışlar nəticəsində 6 nəfərin həyatını itirdiyini bildirən Peres axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.Yerli mətbuatın məlumatına görə, fırtına Kuba ərazisini tərk etsə də, ölkənin infrastrukturuna, evlərinə və kənd təsərrüfatı sahələrinə böyük ziyan dəyib."Oskar" həftə sonu günorta saatlarında Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriya səviyyəsində Kubaya daxil olaraq, güclü külək və yağışlara səbəb olub.Mənbə: AA

Seçilən
12
1
afn.az

2Mənbələr