EN

Ukrayna BMT-dən inciyib

Ukrayna XİN BMT-nin baş katibi Antonio Quterreşin addımlarından narahatlığını bildirib.

KONKRET.az xəbər verir ki, sözügedən ölkənin XİN rəhbəri Andrey Sibiqa bu barədə özünün “X” hesabında paylaşım edib.

Nazir diqqəti Quterreşin Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək sammitə dəvətdən imtina etdiyi, lakin Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcəyinə diqqət çəkib.

Xatırladaq ki, oktyabrın 22-dən 24-dək Kazanda BRİKS sammiti keçiriləcək. Tədbirdə Prezident İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.

Məlik,
KONKRET.az

Chosen
29
29
konkret.az

10Sources