EN

"Onlar da eyni cavabı alacaqlar" - Pezeşkian

“Avropa və ABŞ İsraili var gücü ilə silahlandırır və ona qarşı hər cür cinayəti həyasızcasına müdafiə edir”.

"AzPolitika" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

İsrailin İrana mümkün hücumunu dəyərləndirən Pezeşkian bildirib ki, "Hər hansı bir hücum olarsa, onlar eyni cavabı alacaqlar".

"Təəssüf ki, yaşadığımız cəmiyyətdə insan haqları və beynəlxalq hüquqdan danışan hökumətlər və qüvvələr əslində bu qanun və hüquqlara özləri əməl etmirlər. İnsanları evlərindən didərgin salan, sürgünə göndərən bir dövləti dəstəkləyirlər. Qadın, uşaq və insan haqlarından danışan bu vicdanlı şəxslər haradadır?  Haqq "və ədalət axtaranlar onların heç vaxt susmayacaqlar. Bu müharibə insanların öldürülməsi ilə deyil, ədalət təmin olunduğu və bütün insan hüquqlarına hörmət edildiyi zaman bitəcək",- deyə Pezeşkian qeyd edib.

"AzPolitika.info"

Chosen
26
azpolitika.info

1Sources