EN

"Qarabağ" - "Ayaks" oyununun hakimi açıqlandı

UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) matçının hakimləri bəlli olub.

Publika.az xəbər verir ki, matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Nikolas Uolş olacaq. Ona Qraeme Stevart və Kalum Spence köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kristofer Qraham yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.

Chosen
3
9
publika.az

10Sources