EN

Livan İsraili bombaladı: 20 raket

İsrail ordusu bu gün Livandan 20-yə yaxın raket atıldığını qeydə alıb.

Adalet.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrailin mərkəzi hissəsində sirenlər səsləndikdən sonra Livandan gələn təxminən beş raket müəyyən edilib. Raketlərin əksəriyyəti ələ keçirilib, bir mərmi yaşayış olmayan əraziyə düşüb. İsrailin şimalında Qərbi Qaliley və Qolan təpələrində sirenlər səsləndikdən sonra isə Livandan gələn 15-ə yaxın raket müəyyən edilib. Onların bəzilərinin qarşısı alınıb, qalanları isə yaşayış olmayan ərazilərə düşüb”, - məlumatda deyilir.

Chosen
4
3
adalet.az

4Sources