EN

Külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib

Külli

Bakı, 22 oktyabr, AZƏRTAC

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində qanunvericiliyə uyğun olaraq Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə və fərdi yaşayış evinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, baxış zamanı Azərbaycan aksiz markası ilə markalanmayan ümumilikdə 410 min 740 ədəd siqaret aşkar edilib.

 

Chosen
5
15
azertag.az

10Sources