Olaylar xəbər verir ki, İsrail polisi şərqi Qüdsün yeddi sakinini İranın xeyrinə casusluqda şübhəli bilərək həbs edib.
Bildirilib ki, yeddi nəfər Şərqi Qüdsün Beyt Səfafa məhəlləsindən olan 17-23 yaş arasında gənclərdir.
Bu həbslər ötən gün səhərki həbslərə əlavədir.
Qeyd edək ki, ötən gün İsrail İrana casusluqda ittiham olunan Azərbaycan əsilli 7 vətəndaşını həbs etmişdi. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31