EN

Yağışa görə metroda problem yaranıb? - Rəsmi AÇIQLAMA 

Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Bakıda yağıntılı hava şəraiti müşahidə olunur.

Paytaxtda davam edən güclü yağış nəticəsində nəqliyyatın hərəkətində məhdudiyyətlər meydana gəlib. Əhali bu səbəbdən daha çox ictimai nəqliyyat kimi metroya üz tutur.

Bəs Bakı metrosunda yağışa görə hər hansı problem yaranıbmı?

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Milli.Az-a açıqlamasında bildirirb ki, halhazırda "Bakı metropolitenin"də bir problem müşahidə olunmur:

"Güclü yağıntılarla əlaqədar "Bakı Metropoliteni"nin bütün müvafiq infrastruktru gecə saatlarından nəzarət altına götürülüb. Stansiyaların texniki zonasına daxil olan giriş - çıxış sahələri xüsusəndə "Bakı Metropoliteninin" açıq hava şəraitində yerləşən depolarına müvafiq nəzarət tətbiq olunub. Səhər saat 06.00-dan etibarən "Bakı Metropoliten"i problemsiz fəaliyyətə başlayıb".


Chosen
4
6
referans.az

7Sources