EN

Növbəti illərdə universitetlərə qəbul planı optimallaşdırılacaq

Bakı. Trend:

Biz artıq növbəti illərdə qəbul planında artımla bərabər,optimallaşdırmalara da gedəcəyik.

Trend“Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki, bu barədəElm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsininmüdiri Turxan Süleyman "Ali təhsil müəssisələrinə tələbə qəbulu:təhlil və proqnozlaşdırma" mövzusunda keçirilən tədbirdə çıxışındadeyib.

O qeyd edib ki, 50 ali təhsil müəssisəsi (2-i xarici ali təhsilmüəssisəsinin filialı olmaqla) üzrə bakalavriat səviyyəsinə qəbulplanı cari tədris ili üçün 62.017 yer olaraq müəyyənləşdirilib,planın 95%-i (59.026 nəfər) üzrə isə faktiki qəbul baş tutub.

Magistratura səviyyəsində isə 16.568 plan yerinə 14.104 nəfər(85% qəbul faizi) qəbul olub.

"Dövlət sifarişli yerlərin sayının artırılması ilə bağlıislahatlardan bəhs edən Turxan Süleyman ümumi qəbul planınıntəxminən 50%-nin dövlət sifarişli yerlər olduğunu vurğulayıb. Bu dao deməkdir ki, hazırda qəbul olan hər iki tələbədən biri ödənişsizəsaslarla təhsil almaqdadır", - deyə o bildirib.

Turxan Süleyman cari ildə doktorantura (fəlsəfə doktoru)səviyyəsi üzrə 659 qəbul planının təqdim edildiyini və faktikiqəbul olanların sayının 480 nəfər olduğunu bildirib. Əlavə olaraqqeyd edib ki, prosesin əvvəlindən aparılan düzgün tənzimləmələrnəticəsində bu il ilk dəfə olaraq ali təhsil müəssisələrinindoktorantura proqramına qəbul olan bütün namizədlər dövlət hesabınatəhsil alacaqlar.

O, təqdimatın yekununda ali təhsil pilləsi üzrə qəbul planı vəfaktiki qəbul olanların nisbətinə də toxunub:

“Cari ildə bakalavriat (əsas (baza ali) tibb təhsili),magistratura (rezidentura) və doktorantura səviyyələri üzrəümumilikdə 80.000 qəbul planı verilib. Tələbə adını qazananlar isətəxminən 74.000 nəfərdir. Növbəti illərdə qəbul planının daha daoptimallaşdırılması istiqamətində işlər görməliyik. Bu da ciddiaraşdırma və təhlil tələb edən məsələdir”.

Turxan Süleyman əlavə edib ki, “Azərbaycan Respublikasının2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda2026-cı ilə qədər bakalavriat səviyyəsində qəbul planının 75 minolması hədəf kimi müəyyənləşdirilib, lakin artıq bu il biz buhədəfə yaxınıq. Bu, o deməkdir ki, biz artıq növbəti illərdə qəbulplanında artımla bərabər, optimallaşdırmalara da gedəcəyik.

Məqalədə:
Chosen
23
32
az.trend.az

10Sources