AZ

Gələn il universitetlərə qəbul planı artırılacaq? — RƏSMİ

"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2026-cı ilə qədər bakalavriat səviyyəsində qəbul planının 75 min olması hədəf kimi müəyyənləşdirilib, lakin artıq bu il biz bu hədəfə yaxınıq.

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman "Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma" mövzusunda keçirilən tədbirdə çıxışında məlumat verib.

Onun sözlərinə görə, bu, o deməkdir ki, artıq növbəti illərdə qəbul planında artımla bərabər, optimallaşdırmalara da gedəcəyik.

Tədbirdə tələbə qəbuluna dair göstəricilər barədə təqdimat göstərilib. Qeyd olunub ki, ölkə üzrə 48 ali təhsil müəssisəsi, 2 xarici ali təhsil müəssisəsinin filialı olmaqla 50 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Statistik məlumatları təqdim edən şöbə müdiri bildirib ki, 50 ali təhsil müəssisəsi (2-i xarici ali təhsil müəssisəsinin filialı olmaqla) üzrə bakalavriat səviyyəsinə qəbul planı cari tədris ili üçün 62.017 yer olaraq müəyyənləşdirilib, planın 95%-i (59.026 nəfər) üzrə isə faktiki qəbul baş tutub. Magistratura səviyyəsində isə 16.568 plan yerinə 14.104 nəfər (85% qəbul faizi) qəbul olub.

Dövlət sifarişli yerlərin sayının artırılması ilə bağlı islahatlardan bəhs edən T.Süleyman ümumi qəbul planının təxminən 50%-nin dövlət sifarişli yerlər olduğunu vurğulayıb. Bu da o deməkdir ki, hazırda qəbul olan hər iki tələbədən biri ödənişsiz əsaslarla təhsil alır.

O, təqdimatın yekununda ali təhsil pilləsi üzrə qəbul planı və faktiki qəbul olanların nisbətinə də toxunub.

Seçilən
0
32
demokrat.az

10Mənbələr