Mərdəkan qəsəbəsində yerləşən Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli məktəbin hasarı intensiv yağan yağış nəticəsində aşıb.
Viral.az xəbər verir ki, məktəbin hasarı yola aşıb. Daş hasar həm yolu bağlayıb , həm də iki avtomobili yararsız hala salıb.
Hasarı aşan 123 nömrəli məktəbin direktoru Sevinc xanım Mustafayeva faktı təsdiqləyib. O bildirib ki, məktəbin özü və hasarı qədimidir:
Son Yazılar:
- Bakıda məktəbin hasarı aşdı, avtomobillərə ziyan dəydi
- Bakıda bəzi yollara məhdudiyyət tətbiq EDİLDİ
- Deputatlar Özbəkistana GEDƏCƏKLƏR
“Yaxşı ki, hadisə gecə baş verib. Həmin yol işlək yoldur, bizim uşaqlarımız o yolla məktəbə gedib-gəlirlər. Hadisə gündüz olsaydı nəticəsi daha ağır olardı. İki avtomobilə ziyan dəyib. Problemi aradan qaldırmağa çalışırıq. İcra hakimiyyətinə və bələdiyyəyə məlumat vermişik artıq”(tribunainfo.az).